Rəsədxana əməkdaşı Çexiyada elmi ezamiyyətdədir
May 06 , 2022 | 08:41 /
Oxunma ( 1350 )

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Aynur Abdulkərimova Çex Respublikasının Ondrejev Astronomiya İnstitutunun dəvəti ilə həmin institutda birgə elmi tədqiqat işləri aparmaq üçün Praqa şəhərində elmi ezamiyyətdədir.

Səfər müddətində sintetik spektr qurmaq üsulundan istifadə etməklə müxtəlif qalaktikalarda olan Volf-Raye (WR) tipli ulduzların fiziki parametrlərinin təyini, bizim qalaktikada WR tipli ulduzların fəza paylanması və bu tip ulduzların əmələ gəlməsində onların formalaşdığı ulduzlararası mühitin “metallikliyi”nin rolunun araşdırılması üzrə elmi-tədqiqat işləri aparılacaqdır.

Qeyd edək ki, ezamiyyə xərcləri “Ekstremal Massiv ulduzların Fizikası” adlı, 823734 nömrəli Mariya-Sklodovskaya-Küri qrant layihəsi çərçivəsində Avropa Birliyinin Tədqiqat və İnnovasiya Proqramı - HORİZON 2020 tərəfindən maliyyələşdirililib.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.