Fotos
Arxeologiya və Antropologiya İnstitutunda “Elmi müzakirə qrupu”nun ilk görüşü keçirilib
Apr 07 , 2026 | 12:14 / Görüşlər
Oxunma ( 54 )

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində Elm gününə həsr edilmiş növbəti görüş təşkil edilib.

Tədbirin məqsədi gənc tədqiqatçılar arasında elmi diskussiya mühitinin formalaşdırılması, təqdimat bacarıqlarının inkişaf etdirilməsi və elmi-tənqidi düşüncənin təşviq edilməsi idi.

Görüş çərçivəsində elmi işçi Ülkər Allahverdiyeva “Antropoloji tədqiqatlarda dişlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə, antropoloji araşdırmalarda dişlərin, fərdin yaşının və cinsiyyətinin təyin edilməsi üçün mühüm göstərici olduğu qeyd edildi və bu göstəricilərin müxtəlif metodlarla qiymətləndirildiyi bildirilib. Dişlərin ümumi  morfologiyası haqqında məlumat verildikdən sonra bu parametrlər və həmçinin, ölçüləri əsasında populyasiyalar arasındakı fərqlər və genetik əlaqələr haqqında danışıldı. Aşınma dərəcəsi və patologiyalar vasitəsilə qədim insanların qidalanma tərzi və sağlamlıq vəziyyəti müzakirə olunub.

“Elmi müzakirə qrupu” layihəsi çərçivəsində növbəti görüşlərin də keçirilməsi planlaşdırılır.

Science.gov.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.