Elmi kəşflərinə yuxuda imza atan alimlər
Sen 03 , 2015 | 11:00 /
Oxunma ( 4819 )

Aparılan araşdırmalara görə, bəzi dünya şöhrətli alimlər öz elmi kəşflərinə  yuxuda imza atıblar.

Bunun səbəbi onunla izah edilir ki, “Asetil Holin” adlı neyromediatorunun konsentrasiyası `tez yuxu` fazasında insanın gümrah vaxtında olduğundan iki dəfə çoxdur. Bu isə ona gətirib çıxarır ki, `tez yuxu` fazasında beyində neyron əlaqələri yenidən qurulur, ayrı-ayrı sahələr arasında bağlılıq güclənir. Nəticədə beyindəki pərakəndə, dağınıq informasiyalar vahid məxrəcə gətirilir, bir-biri ilə əlaqələndirilir. Yuxuda bir sıra yaradıcı kəşflərin edilməsinə əsas səbəb budur. Məsələn, Con Lennon “Bitlz” qrupunun əfsanəvi “Yesterday” mahnısını yuxuda yazmışdı. Yazıçı Meri Şelli Frankişteyn obrazını tez yuxu mərhələsində yaradıb. Mendeleyevin dövri cədvəli yuxuda kəşf etməsini hər kəs bilir.

Məşhur Dekart yuxuda açıq kitab görüb. Dekartını sözlərinə əsasən yuxuda ruh onu inandırırdı ki, riyaziyyat ona uğur gətirəcək.

Alman kimyaçısı Fridrix Kekule isə yuxuda öz quyruğunu dişləyən ilan görüb. Bu yuxudan sonra Kekle benzolun molekulyar formulunu kəşf edib.

Fridrix Burdax qanın dövr etməsini yuxuda görür və yalnız yuxudan sonra onu təsdiq edə bilir.

Nobel mükafatı laureatı Otto Levi ürək impulslarının sinir ötürücülərin yuxuda görüb kəşf edib.

Nils Bor atomun quruluşunu gördüyü yuxudan sonra kəşf edib. Belə ki, o, günəş və ətrafında fırlanan planetləri yuxuda görərək atomun quruluşunu ona bənzədib. Yuxu atomun quruluşun kəşf etməkdə açar rolunu oynayır.

Fredrik Bating həyata keçirdiyi təcrübə-eksperimentləri tez-tez yuxuda görərdi və məh yuxuda insulini kəşf etmişdir.

Hindistanın dahi riyaziyyatçısı Srinivasa Ramanucan həmişə vurğulayırdı ki, o, bütün riyazi kəşflərini yuxuda kəşf edib və bu kəşfləri ona hindistan ilahəsi Namaqiri diktə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.