Fotos
"Akademik Elm Həftəliyi - 2015" Beynəlxalq Multidissiplinar Forumun poster təqdimatı da böyük marağa səbəb oldu
Noy 04 , 2015 | 12:19 / Mühüm hadisələr
Oxunma ( 3455 )

"Akademik Elm Həftəliyi - 2015" Beynəlxalq Multidissiplinar Forumun 3-cü günü konfrans iştirakçıların poster təqdimatı ilə davam etdi. AMEA Geologiya və Geofizika İnstitutunun sərgi salonunda sistemli təşkil olunan bu təqdimat səhər saatlarından başlayaraq iştirakçı say çoxluğu ilə seçilirdi. Konfransın "Elmi tədqiqatlarda multidissiplinar yanaşma", "Nəzəriyyədən tətbiqə", "Canlı həyat və ekoloji təhlükəsizlik" və "İnformasiya texnologiyaların ən son nailiyyətləri" seksiyalarına daxil olan hər bir elm bölməsinə aid elmi təqdimatların uyğun sahələr üzrə ekspertləri və Təşkilat Komitəsinin üzvləri tərəfindən obyektiv qiymətləndirilməsi aparıldı. Hər bir iştirakçı apardığı tədqiqatların əsas yeniliyi və əldə olunan nəticələrin xülasəsini verməklə, sualları da cavablandırdılar.

Sonda təqdimatını edən bütün iştirakçılar tezislərinin dərc olunduğu konfrans materialları və sertifikatla təltif olundular.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.