Fotos
Gənc Alim və Mütəxəssislərin Beynəlxalq Forumunda 7 panel mövzuda 150-yə yaxın məruzə dinlənilib
Okt 11 , 2016 | 09:11 / Mühüm hadisələr
Oxunma ( 3115 )

11 və 12 oktyabr 2016-cı il tarixlərində “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin Beynəlxalq Forumu çərçivəsində elmi seksiyalar keçirilib. Gəncə Dövlət Universiteti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, AMEA Gəncə Bölməsi və sair yerlərdə ''Üzvi, qeyri-üzvi sintez və tətbiqi kimya'', ''Qlobal enerji, ərzaq və ekoloji təhlükəsizlik'', ''Regional inkişaf və demoqrafiya, ''Elmi-tarixi, dini və mədəni sivilizasiyalar, ''Nanotexnologiya və tətbiqi fizika'', ''Elektronik riyazi tədqiqatlar və innovasiyalar'' ve ''Biotexnologiya və gen mühəndisliyi'' panel mövzularda təşkıl olunan müzakirələrdə 150-yə yaxın genc alim və mütəxəssislərin məruzələri dinlənilmişdir. 

Melumat uçun qeyd edək ki, panel müzakirələri təşkil etməkdə məqsəd müxtəlif elmi sahələrdə fəaliyyət göstərən gənclərin dünya elminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi istiqamətlər üzrə apardıqları tədqiqatlara dair disskusiyalarının təmin olunması olub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.