May 30 , 2019 | 03:04 / Elmi müsabiqələr
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda “ELM” TV ilə birgə məktəblilər arasında “Mikroorqanizmlər uşaqların gözü ilə” mövzusunda 28 May - Respublika Günü münasibətilə tədbir keçirilidi. İlk oncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktor müavini AMEA-nın müxbir üzvü, professor Pənah Muradov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun tarixi əhəmiyyətindən danışmış,bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı bir gündən fəaliyyəti dövründə mühüm qərarlar qəbul etmiş onlardan ən əsası da elm və təhsilə yönələn diqqətin olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən AMEA–nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova müstəqil Azərbaycan Respublikasının əsasının möhkəm dayaqlar üzərində qurulduğunu bildirərək Azərbaycan elminin inkişafında elm təhsil müəssisələri ilə vəhdət yaradaraq şagirdlərin, gənclərimizin elmə marağın yaranmasının əhəmiyyətini xüsusilə qeyd etdi. Akdemik gələcəkdə bu kimi tədbirlərin daha geniş miqyasda keçirilməsini tövsiyyə etdi.
Sonra Gənc Alim və Mütəxəsislər Şurasının sədri Famin Salmanov cıxış edərək şagirdlərin elmə marağının artmasıda keçrilən bu kimi tədbirlərin xususi əhəmiyyətini qeyd etdi.
Tədbirin təşkilat komitəsinin sədri Mikrobiologiya İnstitutunun mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, dosent Könül Baxşəliyeva sonda çıxış edərək bütun iştirakçılara dərin təşəkkürunu bildirərək 28 may Respublika günunə həsr edilmiş tədbirin gələcək nəsillərə verəcəyi töhfəni qeyd etdi. Azərbaycan elminin təbligi bu gün qarşıda duran ən əsas vəzifələrdən biridir. Müsabiqənin təşkilidə bu məqsədə yönəlməklə, məktəblilərin bacarığı ilə yanaşı, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaqdır. Sonda məktəblilərin müsabiqədə bakteriya və göbələklərin mikroskopik vizual görüntüsü, zərərli və faydalı tərəfləri, təbiətdəki rolu və s. xüsusiyyətləri haqqında hazırladıqları əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
Münsiflər heyətinin qərarına əsasən I yerin qalibi 281 saylı məktəbin şagirdi İsmayılzadə Aysu Taleh qızı və müəlliməsi Quliyeva Esmira Yunis qızı, II yerin qalibləri Sumqayit şəhər 14 saylı məktəbin şagirdləri Mirzəmmədov Rəvan və Seyidquliyeva İlahənin birgə işi və müəllimə Rüstəmova Aynurə, Bakı Avropa Liseyinin şagirdi İsayev Rəşad (müəllimə Rüstəmova Gülzadə).
III yerləri tutan 3 şagird Abdullayeva Ayan Sumqayıt şəhər 22 saylı məktəbin şagirdi, Ramazanova Fatimə Tahir qızı İsmayıllı rayon 5 saylı məktəb (müəllimə Abdullayeva Vüsalə Əlnüsrət qızı), Hüseynova Fatimə 279 saylı məktəb( müəllimə Rəcəbova Təranə) müəlliməyə və şagirdlərə diplom və pul mükafatı, əl işləri xüsusi seçilən şagirdlərə hədiyyələr və sertifikatlar təqdim edildi.









16875088521721716066.jpg)







