Fev 02 , 2026 | 01:42 / Digər elanlar
Fevralın 2-də Gülüstan Sarayında XI Azərbaycan Gənclər Forumu işə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov oxuyub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov və eləcə də Prezident mükafatçıları Sərxan Ağadadaşov və Lamiyə Məmmədova çıxış ediblər.
2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub. Sonra gənclərə mükafatlar təqdim edilib. Mükafatları Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov təqdim ediblər.
Rəsmi hissədən sonra Forum “Azərbaycan Gəncləri - 2035: Strateji baxış və prioritetlər” sessiyası ilə davam edib.
Forumun davamı fevralın 3-də Xankəndi Konqres Mərkəzində “Şəhərsalma və Memarlıq İli” sessiyası və "Gənclərin potensialı - milli inkişaf naminə” mövzusunda vörkşopla davam edəcək.
Qeyd edək ki, XI Azərbaycan Gənclər Forumunda AMEA-nın nümayəndələri də iştirak edir.
Azərbaycan Gənclərinin ilk Forumunun 30 illik yubileyi çərçivəsində keçirilən XI Forumun əsas məqsədi gənclərin son üç onillikdə qazandığı nailiyyətlərin ümumiləşdirilməsi, növbəti onillik üçün strateji baxışın formalaşdırılması və gənclərin potensialının milli prioritetlərə uyğun səfərbər edilməsidir.









16875088521721716066.jpg)









