Fotos
AMEA-nın Gənclər Akademiyasının sədri “İnsan kapitalı və təhsil” İşçi qrupunun iclasında iştirak edib
Fev 06 , 2026 | 09:40 /
Oxunma ( 114 )

Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə ötən ilin yekunlarına həsr olunmuş “İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda təhsil sahəsində son dövrlərdə həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr, mövcud çağırışlar və qarşıdakı dövr üçün planlar müzakirə olunub.

İşçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə açılış nitqi ilə çıxış edərək Strategiyada nəzərdə tutulan tədbirlər üzrə ötən dövrdə əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib, həmçinin yekun hesabatın hazırlanması zamanı nəzərə alınmalı əsas məqamları diqqətə çatdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn çıxışında işçi qrupun üzvlərinə göstərdikləri təşəbbüskarlığa görə təşəkkür edərək “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə tədbirlərin yüksək səviyyədə icra olunduğunu qeyd edib.

Daha sonra Mərkəzin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov görülmüş işlərə dair monitorinq hesabatını təqdim edib. Hesabatda hədəf indikatorları üzrə icra vəziyyəti, mövcud çətinliklər, irəli sürülən təkliflər və növbəti dövr üçün planlar barədə ətraflı məlumat verilib.

Təqdimatdan sonra müzakirələr zamanı AMEA-nın Gənclər Akademiyasının sədri dosent Elmir Babayev AMEA-da görülmüş işlər haqqında məlumat verib və təkliflər səsləndirib.

İclasın sonunda görülən işlərin effektivliyinin artırılması məqsədilə tövsiyələrə uyğun olaraq növbəti addımlar müəyyən edilib.

Science.gov.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.