Latviyada təqaüdlə təhsil imkanı
Fev 24 , 2026 | 08:17 / Digər elanlar
Oxunma ( 32 )

Latviya Respublikası 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edib.

Təqaüd proqramı çərçivəsində namizədlər Latviyanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edəcəklər.

Müraciət üçün son tarix 1 aprel 2026-cı il müəyyən edilib. Təqdim olunmuş sənədlərə baxıldıqdan sonra yekun seçim qərarı Latviya tərəfindən qəbul ediləcək.

Qeyd edək ki, proqram Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında təhsil sahəsində əməkdaşlığa dair 17 iyul 2017-ci il tarixində Riqa şəhərində imzalanmış sazişə əsasən həyata keçirilir.

Proqramla bağlı ətraflı məlumat və müraciət qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://htp.edu.az/uploads/fileuploads/2026/02/9be640edf60b4e51ad8bf9d95353b6fc.pdf

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.