“Azərbaycan qadını elmdə: nailiyyətlər və yeni çağırışlar” adlı respublika elmi konfransı keçiriləcək
Mart 11 , 2026 | 02:35 / Digər elanlar
Oxunma ( 156 )

9 oktyabr 2026-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin təşkilatçılığı ilə Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin (1901) yaradılmasının 125 illiyi münasibətilə “Azərbaycan qadını elmdə: nailiyyətlər və yeni çağırışlar” adlı respublika elmi konfransı keçiriləcək.

Konfransda iştirak etmək istəyənlər məruzənin tam mətnini cari ilin 31 may tarixinədək göndərməlidirlər. Mətnlərin qəbulu haqqında məlumat 15-30 iyun tarixlərində veriləcək.

Qəbul şərtləri:

- Konfransa ölkənin müxtəlif ali təhsil məktəbləri və elmi-tədqiqat müəssisələrindən  alim və tədqiqatçılar qatıla bilərlər;

- Magistr və doktorantlar məruzənin tam mətnini elmi rəhbərinin (məsləhətçilərinin) rəyi ilə birlikdə təqdim etməlidirlər (rəyin skan variantı əlavə olunmalıdır);

- Konfransın dili Azərbaycan, türk, rus və ingiliscədir;

- Xülasə ingilis dilində, 150-250 sözdən ibarət olmalı və mətnin əvvəlində verilməlidir (ingilis, rus və türkcə mətnlərdə isə azərbaycanca);

- 5 açar söz qeyd olunmalıdır;

- Məruzə mətninin tərtibinə dair tələblər: Times New Roman, 12 şrift, kənar ölçülər hər tərəfdən 2,5 sm, abzas 1 sm, interval 1,15;

- Məruzə mətnin adı böyük hərflərlə ortada, məruzəçinin adı, soyadı, doktorantı (magistr) olduğu müəssisə və ya işlədiyi yer, e-mail ünvan səhifənin sağ tərəfində qeyd olunmalıdır;

- Məruzənin tam mətninin həcmi 6-8 səhifə olmalıdır (məruzənin tam mətni üçün şablon əlavə olunur);

- Ədəbiyyat siyahısı AAK-ın tələblərinə uyğun hazırlanmalı və istinadlar böyük mötərizədə göstərilməlidir. Məsələn, [2, s.23];

- Məruzə mətni tələblərə uyğun olaraq hazırlanmalıdır, əks halda dəyərləndirilməyə buraxılmayacaq;

- Məruzənin tam mətni əvvəllər heç bir yerdə təqdim olunmamalı və çap edilməməlidir;

- Məruzə mətni konfransın mövzuları, elmi şərtlərə uyğunluğu və tədqiqatın orijinallığı nəzərə alınaraq Elmi heyət tərəfindən dəyərləndiriləcəkdir;

- Məruzənin mətnini Konfransın Təşkilat Komitəsinə göndərən iştirakçılar onların çap olunmasını təsdiq etmiş olur.

Konfransda aşağıdakı mövzular üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:

- Tağıyevin qızlar məktəbi: tarixi, müəllimləri, məzunları;

- Azərbaycan qadınının elmi fəaliyyəti və nailiyyətləri;

- Azərbaycan qadını yeni elmi çağırışlar dövründə;

- Azərbaycanın əlyazmaşünas qadınları;

- Klassik mənbələrdə Azərbaycanın görkəmli qadın şəxsiyyətləri;

- Azərbaycan ədəbiyyatında qadın obrazı;

- Azərbaycan qadını təhsildə və ictimai fəaliyyətdə;

- Elmdə gender bərabərliyi.

Məruzə mətnləri  [email protected]  elektron ünvanına göndərilməlidir.

Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küç. 26;

Tel: (+994 50) 541 78 84

 

Science.gov.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.