Apr 03 , 2026 | 11:18 / Digər elanlar
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında ilk nömrəsi çapdan çıxıb.
Bu sayın ön səhifəsində Prezident İlham Əliyevin akademik Cəmil Əziz oğlu Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncamı və “Prezident İlham Əliyev: Türk Dövlətləri Təşkilatı dünya miqyasında qlobal aktora çevrilməlidir” başlıqlı geniş icmal yer alır.
Qəzetin ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin bayramlar münasibətilə Akademiya əməkdaşlarına təbriki, “Azərbaycan elmi xalqımızın intellektual sərvətidir” sərlövhəli yazı, akademik İsa Həbibbəylinin Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Elm Günləri” tədbirində çıxışı və Rəyasət Heyətində keçirilən müşavirə haqqında informasiya dərc edilib.
“Elm” qəzetinin bu nömrəsində “Ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsinə dair AMEA-nın vəzifələri”, “Bizim ailəmiz Türk dünyasıdır”, “Azərbaycan xalqının milli sərvəti, böyük mütəfəkkir şəxsiyyət” sərlövhəli yazılar və Albaniya Aralıq Dənizi Universitetinin fəxri prezidenti ilə görüş haqqında xəbər yer alır.
Bu sayda oxucular “Müqəddəs ailə ənənələrinin ləyaqətli davamçısı” və “İslahatlar Azərbaycan Milli Elmlər Akademiyasının elmi potensialını daha da gücləndirəcəkdir” başlıqlı məqalə və müsahibə ilə tanış ola bilərlər.
Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.









16875088521721716066.jpg)







