Tünzalə Rəcəf qızı Musayeva

Musayeva Tünzalə Rəcəf qızı 11 dekabr 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildə  Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin  psixologiya ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. T.Musayeva 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitenin "Ümumi psixologiya"  ixtisasının magistr  pilləsini  bitirərək, magistr dərəcəsini almışdır. O, 2012-cı ildən AMEA, Fəlsəfə  İnstitutunun  “Sosial  psixologiya” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır. Həmçinin həmin şöbənin dissertantıdır.

Bu illər ərzində 16 məqaləsi (7 ölkə daxilində və 9 xarici ölkələrdə (Ukrayna, Belarus, Rusiya, Çexiya))  çap edilib.

Əlavə olaraq, Bakı Dövlət Universitetində Gender və tətbiqi psixologiya kafedrasında saat hesabı müəllim kimi fəaliyyət göstərir.

2015- 2016-cı illərdə Fəlsəfə İnstitutunun tövsiyyəsi ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müxtəlif təşkilatların Azad həmkarlar ittifaqının kollektivi qarşısında “Motiv və motivasiya, motivlər psixologiyası, konfliktlər, liderlik, ünsiyyət psixologiyası” adlı mövzularla 4 seminar keçirmişdir.

2017-ci ildən Fəlsəfə İnstitutunun Gənc alim və Mütəxəssislər Şurasının sədri vəzifəsində çalışır.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.