Fotos
AMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC MÜTƏXƏSSİSLƏRİ BEYNƏLXALQ TREYNİNQDƏ İŞTİRAK EDİBLƏR
Noy 29 , 2016 | 04:00 / Mühim hadisələr
Oxunma ( 307 )

AMEA Botanika İnstitutunun gənc mütəxəssisləri Xanım Həsənova və Xatirə Qasımova Qazaxıstanın Alma-ata şəhərində Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCBA) və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Kənd təsərrüfatı bitkilərinin diversifikasiyası və iqlim dəyişkənliyinə uyğunlaşması: yeni duzadavamlı sortların alınması və kənd təsərrüfatı istehsalının optimallaşdırılması üçün modelləşdirmə” mövzusunda keçirilən treyninq-kursda iştirak ediblər.AMEA Botanika İnstitutu İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsin verdiyi məlumata görə , kurs kənd təsərrüfatı bitkilərinin diversifikasiya və genetik resursların yaxşılaşdırılmasına, taxıl və yem bitkilərinin məhsuldarlığının qiymətləndirilməsi üçün kənd təsərrüfatında mühitin modelləşdirilməsinə, kənd təsərrüfatı məhsullarının optimallaşdırılması üçün regional monitorinqin aparılmasina və quraqlığın erkən xəbərdarlıq sisteminin öyrənilməsinə həsr edilmişdir. Kurs müddətində dünyanın müxtəlif ölkələrindən İCBA-na üzv olan peşəkar mütəxəssislər tərəfindən DsSAT, CropSyst, SVAT, SİBUC, LCM modellərinin tətbiqinə aid texniki təlimlər həyata keçirilib. Həmçinin dəyişkən iqlim şəraitində kənd təsərrüfatı məhsullarının optimallaşdırılması yolları, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqazda duzadavamlı yeni kənd təsərrüfatı bitkilərinin becərilməsi üzrə müzakirələr aparılıb. Sonda bütün istirakçılara sertifikat verilib.



Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.