AMEA Gənc Alim və Mütəxəssislər Şurasının "Gənc tədqiqatçı" jurnalının növbəti sayı çap olunub
Dek 20 , 2016 | 06:00 / Elmi nəşrlər
Oxunma ( 666 )

Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının elmi dərgisi olan "Gənc tədqiqatçı" jurnalının növbəti sayı - II cild №2 işıq üzü görüb. Bu nömrəyə də elmin bütün istiqamətləri üzrə gənclərin fundamental və tətbiqi əhəmiyyətli məqalələri daxil edilib. 

Artıq noyabrın 1-dən etibarən növbəti nömrə üçün məqalə elanı da verilib. yanvarın 15-dək gənclər məqalə göndərə bilər. Seçim zamanı ingilis dilində təqdim olunan məqalələrə üstünlük veriləcək.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.