AMEA prezidenti magistrantların imtahan prosesini müşahidə edib
Yan 10 , 2017 | 11:41 / Monitorinq
Oxunma ( 372 )

Məlumdur ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 22 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən bu qurumun magistrantları üçün qış imtahan sessiyası 29 dekabr 2016-cı il - 2 fevral 2017-ci il tarixlərinədək keçirilir. Sessiya müddətində AMEA-nın magistraturasında ümumilikdə 197 fənndən imtahan keçiriləcək. Bu günədək 40-a yaxın imtahan şəffaf və obyektiv şəkildə keçirilmişdir.

Bu gün akademik A.Əlizadə AMEA-nın Fizika və Əlyazmalar institutlarında magistrantların imtahan prosesi ilə tanış olub. Görüşdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin (ETİ) rəisi, texnika elmləri doktoru Əminağa Sadıqov və ETİ-nin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov da iştirak edirdi.

Akademik A.Əlizadə Fizika İnsitututunda I kursda təhsil alan  “Fizikada riyazi metodlar” fənni üzrə 8 magistrantın,  Əlyazmalar instititunda isə “Tətbiqi kulturologiya” fənni üzrə təhsil alan 3 magistrantın imtahan prosesi ilə tanış olub.  

Alim AMEA-da magistratura pilləsinin təşkilinin əhəmiyyətini vurğulayaraq, bu addımın ölkədə elm və təhsilin inteqrasiyasına xidmət etdiyini qeyd edib. AMEA-da təhsil alan magistrantları elmi mühitdən yararlanmağa, akademik biliklər əldə etməyə və fəal olmağa səsləyib, onlara elmi fəaliyyətlərində hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib. 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.