“Bir şey haqqında bilmirsənsə, sus, səni də adam sansınlar...”
Yan 28 , 2017 | 04:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 3188 )

 

Əfsun Sucayev

 AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri,

 kimya üzrə fəlsəfə doktoru 

 

Mətbuatın üz qarası olan bəzi qəzet və saytlarda Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) guya gənclərə heç rast gəlinmədiyini, gənclərin nailiyyətlərinin "qaranlıqda iynə axtarmaq" kimi bir şey olduğunu qələmə alaraq, əsassız, iftira dolu ittihamlar səsləndirirlər. Təbii ki, reallığı görmək, qiymətləndirmək üçün göz lazımdır. Onu da hər ağlına, hər ağzına gələni yazan kəslərdə axtarmaq, əslində "iynə ilə gor qazmaq" kimi bir şeydir. Söhbət fiziki görmədən yox, "mənəvi kor" olmaqdan gedir. Onsuz da bu gün özünə iş tapa bilməyən kimsəni itirib-axtarsaq əksər hallarda jurnalistikada tapa bilərik. Bəlkə də bu ondan qaynaqlanır ki, jurnalistikada işə düzəlmək yeganə sahədir ki, orada diplom tələb olunmur. Təbii ki, sual oluna bilər, məgər diplomu olanların hamısı guya yazmağı bacarır? Cavabı əlbəttə yox. Həyatı başdan-ayağa TƏZAD dolu belə curnalistlərin diplomu və yaxud istedadı, yazıb-yaratmaq qabiliyyəti olsun-olmasın, sayt açıb, qəzet təsis edib, “ağı qara, qaranı ağ” yazmaq, sifariş əsasında nüfuzlu şəxslərə böhtan atıb, onları ləkələmək, sonunda 5-10 manat qazanmaq necə deyərlər, onların böyük peşə fəaliyyətləridir. Belə curnalistlərin özlərinin və ya təsis etdikləri qəzet və saytın adını “google.az” axtarış sistemində yazmaq kifayətdir ki, onlarını nə “yuvanın quşu”, hansı xislətin, mənəviyatın sahibi olduqları haqqında təsəvvür formalaşdırasan. Belələrinə baş qoşmaq, hər yazdıqlarına reaksiya vermək, onların səviyyəsinə enmək olsa da, bu konteksdən bəzi reallıqları qeyd etmək yerinə düşər.

Bilənlərə xatırlatmaq, bilməyənlərin diqqətinə çatdırmaq istəyirik ki, AKİ gəncləri öz çoxşaxəli fəaliyyəti ilə AMEA-da mövcud 42 təşkilatında çalışan gənc alim və mütəxəssislər arasında seçilən gənclərdir. İnstitutun 50-yə yaxın belə gənc mütəxəssislərin fəaliyyətini kordinasiya edən Gənc Alim və Mütəxəssislər Şurası da təkcə ictimai deyil, həm də elmi fəaliyyəti ilə fərqlənir.

Şuranın yerinə yetirdiyi ən uğurlu layihə gənc mütəxəssislərin elmə həvəsləndirilməsi üçün elmi müsabiqələrin təşkilidir.

Akademiyada ilk dəfə gənc alimlər üçün adlı və digər həvəsləndirmə müsabiqələri AKİ Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən həyata vəsiqə qazanıb, desək heç də yanılmarıq. “Gənclər üçün akademik Əli Quliyev mükafatı”, ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan “Ən yaxşı elmi məqalə”, “Ən yaxşı elmi məruzə”, “İlin gənci” müsabiqələri artıq neçə ildir ki, uğurla yerinə yetrilir. Bu təcrübə özünü doğruldub. Hətta Akademiyanın digər institutlarının Gənc Alim və Mütəxəssislər Şurası bu müsbət təcrübəni öz fəaliyyətində tətbiq edirlər.

AKİ Gənc Alim və Mütəxəssislər Şurası şagirdlərin və tələbə-magistrlərin elmə cəlb olunmasından ötrü onlar üçün mütəmadi “Açıq qapı” günləri təşkil edir. İndiyə qədər “Kaspi”, “Qafqaz” liseylərinin şagirdlərinin, eləcə də Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti tələbə və magistrlərinin qısamüddətli təcrübəkeçmələri təmin olunub. Eyni zamanda magistrlərin öz kurs və diplom işlərinin təcrübi hissələrinin AKİ-nin laboratoriyalarında həyata keçirmələrinə hər cür şərait yaradılıb.

AKİ Gənc Alim və Mütəxəssislər Şurası İnstitut gənc tədqiqatçılarının xaricdə aparıcı elm mərkəzlərində təcrübə keçmələri, eyni zamanda beynəlxalq konfrans və simpoziumlarda iştirakını təmin etmək üçün xariclə əməkdaşlıq əlaqələri qurur. İndiyə qədər İnstitutun 5 gənci Türkiyə, Almaniyada qısa müddətli təcrübə keçib. 3 gənci Afina, Moskva, Sant-Peterburq şəhərlərində təşkil olunan beynəlxalq konfranslarda iştirak edib və məruzələrlə çıxış ediblər.

AKİ Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri olan 3 gənc tədqiqatçı İtaliya, Türkiyə və Səudiyyə Ərbistan alimləri ilə müştərək tədqiqatlara başlayıblar. Onların qısa müddətdə əldə etdikləri elmi nəticələr Almaniyada dərc olunan 1 monoqrafiya, ABŞ, İngiltərənin impakt faktoru yüksək olan jurnallada dərc olunan 1 monoqrafiya, 6 məqalədə və 10-a yaxın konfrans materiallarında öz əksini tapıb. Onların bəziləri ilə aşağıdakı linklərdən tanış olmaq olar.

https://www.morebooks.de/store/gb/book/some-new-approaches-in-synthesis-of-physiologically-active-substances/isbn/978-3-659-86986-0

http://www.tandfonline.com/doi/abs/10.3109/14756366.2015.1113172

http://www.tandfonline.com/doi/abs/10.3109/14756366.2016.1156104

http://www.tandfonline.com/doi/abs/10.3109/14756366.2016.1156104

http://www.tandfonline.com/doi/abs/10.1080/14756366.2016.1198901

http://onlinelibrary.wiley.com/journal/10.1002/(ISSN)1099-0461

Institut gənc tədqiqatçıları beynəlxalq və yerli qrant layihələrinin həyata keçirilməsində fəal iştirak etməklə Azərbaycan elminə töhvələr verməkdədirlər. Onlar indiyə qədər Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu, SOCAR Elm Fondunun elan etdiyi qrant müsabiqələrində qalib olublar. (https://www.youtube.com/watch?https://www.youtube.com/watch?v=VIPJ0ITl-zo).

Qeyd edək ki, bütün bu nailiyyətlər İnstitut direktoru, akademik Vaqif Fərzəliyevin gənclərə olan yüksək diqqət və qayğısı nəticəsində əldə olunub. Sözün əsl mənasında Vaqif müəllim gənclər üçün bir məktəbdir. Biz gənclərin sabahın faydalı alimləri kimi yetişməsində onun xidmətləri əvəzsizdir. Bununla ürəyi, beyni müasir dövrümüzün gəncinin ürəyi, beynindən yaxşı döyünən, düşünən akademik V.Fərzəliyevin fəaliyyətinə qiymət vermək niyyətində deyiləm. Heç onun buna ehtiyacı da yoxdur. Çünki, o, nəinki Azərbaycan, dünya səviyyəsində sözünü də deyib, möhürünü vurub. Elmə gətirdiyi yeniliklər birmi, ikimi, saymaqla bitmir. Sadəcə bunları görmədən, bilmədən yaxud da bilməzdən danışmaq, yazmaq uğursuz cəhdən başqa bir şey deyil. Bu məqamda müdriklərimizin gözəl bir deyimi yada düşür. Bir şeyi bilirsənsə danış qoy ətrafındakılar, danışdıqlarından, yazdıqlarından zövq alsın, yox əgər bilmirsənsə, onda barı sus, səni də adam sansınlar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.