Fev 01 , 2017 | 08:42 / Elmi müsabiqələr
Fevralın 1-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “2 fevral - Gənclər Günü”nə həsr olunmuş tədbir keçirildi. Yasamal rayonunun icra aparatının rəhbərləri, millət vəkilləri, tanınmış elmi-ictimai, siyasi xadimlərinin, o cümlədən gənc idmançıların iştirak etdiyi tədbirdə ilk nitq Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tərəfindən söyənilib. O, Gənclər Gününün yaranma tarixindən, dövlət və gənclik münasibətindən, həmçinin 2016-cı il ərzində əldə edilən nailiyyətlərdən geniş danışıb.
Çıxışların sonunda müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb. Yasamal rayon gənclər və idman idarəsi “2 fevral – Gənclər Günü” münasibətilə və Yasamal rayonunun həyatında fəal iştirakına görə AMEA Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Orxan Abbasovu Fəxri Fərmanla təltif edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.