Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə əməkdaşlıq edəcək
Fev 10 , 2017 | 04:57 / Görüşlər
Oxunma ( 482 )

07 fevral 2017-ci il tarixində Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında perspektiv əməkdaşlıq əlaqələrin müzakirəsi məqsədilə hər iki qurumun rəhbərləri arasında görüş təşkil olunmuşdur. Görüş zamanı qurumlar arasında mümkün inteqrasiya yolları, birgə görüləcək işlər və aparıla biləcək elmi tədqiqatlar ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Gənc Alim və Mütəxəssislər Şurasının rəhbəri Famin Salmanov əməkdaşlığın dəqiq nəticələr verə biləcəyini qeyd edərək, Şuranın 3 mindən artıq üzv olmasını bildirmişdir. Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyətin inkişafında respublikanın elmi potensialının cəlb olunması müəssisənin strateji vəzifələrindən olduğunu vurğulamış və bu istiqamətdə görülmüş işlər barəsində məlumat vermişdir. Əməkdaşlığın rəsmi müstəviyə keçməsinin vacib olduğunu qeyd edən görüş iştirakçıları, əməkdaşlıq memorandumunun imzalanmasına dair qərar qəbul etmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.