Aşqarlar Kimyası İnstitutu ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan elmi müsabiqə keçirəcək
Apr 03 , 2017 | 05:17 / Elmi müsabiqələr
Oxunma ( 2752 )

AMEA-nın Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə bu elm müəssisəsində çalışan gənc alim, doktorant və dissertantlar arasında “Ən yaxşıelmi məruzə” müsabiqəsi elan edib.
İştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzələrini 01 may 2017-ci ilədək təqdim edə bilərlər. Qaliblər AKİ-nin müsabiqə üzrə ekspertlər şurası tərəfindən müəyyən olunacaq, müvafiq olaraq I, II, III yerləri tutanlara diplom və pul mükafatı veriləcək.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.