Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatında əzəli rəqiblər finalda
May 05 , 2017 | 04:00 / İdman yarışları
Oxunma ( 244 )

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin IV Futbol Çempionatında yarımfinal (1/2) oyunları keçirilib. Əvvəlcə Geologiya və Geofizika İnstitutu ilə İqtisadiyyat İnstitutunun eyni adlı komandaları üz-üzə gəlib. Olduqca gərgin geçən oyun birincilərin 3 - 2 hesabı ilə başa çatıb.

Fizika İnstitutu isə İdarəetmə İnstitutunun futbol komandasından üstün olub. Bu hesab 6 - 1 yekunlaşıb.
Beləliklə bu çempionatda əzəli rəqiblər finalda qarşı-qarşıya gələrək 3-cü dəfə aralarındakı ən güclünü müəyyənləşdirəcəklər.
Çempionatın bürünc medalı uğrunda isə İqtisadiyyat İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutunun komandaları mübarizə aparacaqlar.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.