Fotos
AMEA Geologiya və Geofizika İnstitutunda Bakı Dövlət Universitetinin tələbələri üçün “Açıq qapı” günü təşkil olunub
May 17 , 2017 | 01:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 423 )

04 aprel tarixində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri Bakı Dövlət Universitetinin (BDU) fakültələr üzrə Tələbə Elmi Cəmiyyətlərinin (TEC) sədrləri və üzvləri ilə görüşüb. Elmlə təhsilin inteqrasiyası ilə bağlı, respublikanın ali təhsil ocaqlarının TEC-ləri ilə elmi əlaqələrin qurulması və inkişafını hədəfləyən bu görüş nəticəsində, artıq AMEA-nın bir sıra elmi-tədqiqat müəsissələrində tələbə, magistr və doktorantlar üçün elmi seminarlar, “Açıq qapı” günləri və s. təşkil olunub.

Daha bir növbəti tədbir, bu gün AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən reallaşdırılıb. Belə ki, BDU-nin “Geologiya fakültəsi”nin tələbələri üçün İnstitutda “Açıq qapı” günü təşkil edilib.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov fakültənin azərbaycan və rus bölmələrinin yuxarı kurs tələbələrinielmi-tədqiqat müəssisəsinin imkanları ilə tanış edib. Tələbələr həmçinin İnstitutda yerləşən “Geoloji muzey”də elmi ekskursiya imkanını da qazanıblar. Fakültənin müəllimi Əfşan Hüseynovanın rəhbərliyi etdiyi tələbələrdən ibarət qrup,geologiya-minerologiya elmləri namizədi Elmira Atayevanın bəldçiliyi ilə İnstitutda son illər nəşr edilən elmi əsəsrlərlə, müzeydə yerləşən zəngin mineal və süxur kolleksiyaları ilə, müxtəlif geoloji dövrlərə aid fauna və floralarla tanış olublar, onları maraqlandıran suallara cavab tapıblar.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.