Fotos
Aşqarlar Kimyası İnstitutunda Kompüter kimyası ilə bağlı maraqlı marifləndirmə seminar keçirilib
May 21 , 2017 | 02:16 / ELMİN TƏBLİĞİ
Oxunma ( 285 )

18 may 2017-ci il tarixində Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə "Çoxəvəzli imidazol sintezinə kompüter kimyası ilə bir baxiş" mövzusunda maraqlı elmi seminar təşkil olunub. Tədbiri giriş sözü ilə açan İnstitutn direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, son zamanlar dünya kimyaçı tədqiqatçıların diqqət mərkəzində olan elm sahələrindən biri də kimyəvi sintezələrə kompüter yanaşmasıdır. Bu tədqiqat aparılacaq elmi təcrübələrin əvvəlcədən proqnozlaşdırılmasına, reaktiv, vaxt itkisinin aradan qaldırılmasına, katalizatorun düzgün tətbiqinə və sonda konkret nəticə əldə olunmasına imkan verir.

Məruzə müəllifi Azərbaycanda bu sahə üzrə ixtisaslaşmış ilk və hələki yeganə mütəxəssis, Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayev isə Türkiyə və Amerika Birləşmiş Ştatlarda bu sahə üzrə qazandığı təcrübəni institut əməkdaşları və xüsusən gənc tədqiqatçılarla bölüşərək, kompüter kimyəvi sintezin elmi tədqiqatlara gətirdiyi üstünlükləri konkret nümunələrlə izah etdi.  O sonda tədbir iştirakçıların maraqlı suallarını cavablandırdı.

Məlumat üçün qeyd edək ki, Abdullayev Yusif Əfrəddin oğlu 14/10/1979-cu il tarixində Lerik rayonunun Lərmərud kəndində anadan olmuşdur. O, 2001-ci ildə Gəncə Dövlət Üniversitetinin “Kimya və biologiya” ixtisasi üzrə bakalavr, 2003-cü ildə "Üzvi kimya" ixtisası üzrə magistratura pilləsini bitirib. Həmin il AMEA-nın Neft Kimya Prosesləri İnstitutuna “Neft-kimya” ixtisası üzrə aspiranturaya qəbul olmuş, 2008-ci ildə “Alkilhalogenidlrər və epixlorhidrin əssında alkilaminlərin, aminospirtlərin və poliamin komplekslərinin sintezi” mövzusu üzrə müdafiə etmiş, kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2011-2012-ci illərdə Türkiyənin, Ankara şəhərində Orta Doğu Texniki Universitetində üzvi sintez üzrə, 2013-cu ildə isə komputer kimyası üzrə ABŞ Georgiya ştatı, Atlanta şəhərində Emory Universitetində, 2015-2016-cı illərdə isə “Fulbright” qrantı ilə Nyuyork Dövlət Universitetində (SUNY Buffalo) komputer kimyası üzrə postdoktorantura təhsili almışdır.

Hal-hazırda Bakı Mühəndislik Universitetində kimya mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışır.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.