AMEA-da yeni tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib
Sen 08 , 2017 | 06:00 / Mühim hadisələr
Oxunma ( 90 )

Sentyabrın 8-də AMEA-nın Əsas binasında Avropa İttifaqının Nizami layihəsinin icrası və yeni tədris ilinə hazırlıqla bağlı müşavirə keçirildi.

AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin təşkil etdiyi tədbirdə akademiyanın elmi müəssisələrinin Təhsil şöbələrinin rəhbərləri iştirak edirdilər.

Öncə çıxış edən Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Avropa İttifaqının Nizami layihəsi barədə ətraflı məlumat verdi. Bildirdi ki, bu layihədə Azərbaycanın bir çox universitetləri iştirak edir. Əsas məqsəd Azərbaycanda doktorantura təhsilini təkmilləşdirmək, struktur, məzmun və ideya baxımından zənginləşdirərək Avropa standartlarına uyğunlaşdırmaqdır. Qeyd etdi ki, elm və təhsilin inteqrasiyası baxımından böyük əhəmiyyətə malik olan bu layihə Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Ə.Sadıqov Nizami layihəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası ilə AMEA-nın ümumi yığıncağının birgə iclasında müzakirə olunduğunu xatırlatdı. Onun sözlərinə görə, həmin tədbirin qərarında yer alan bəndlərdən biri də məhz bu layihənin həyata keçirilməsinə diqqətin artırılması və layihə ilə bağlı AMEA-nın elmi müəssisələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə həsr olunmuşdu.

O, dövlət başçısının da dəstəklədiyi Nizami layihəsinin əhəmiyyətindən söz açaraq bildirdi ki, layihə doktorant və dissertantların müdafiəyə qədər və müdafiə prosedurunu asanlaşdırmaqla yanaşı, onların fəaliyyətinin daha şəffaf və obyektiv qiymətləndirilməsinə imkan verəcək.

Ə.Sadıqov doktorant və dissertantlar haqqında dolğun məlumatların əldə edilməsi məqsədilə milli portalın yaradılacağını da diqqətə çatdırdı: “Tədqiqatçılar burada qəbul imtahanları ilə tanış ola, elmi rəhbər seçə və digər vacib məlumatları əldə edə biləcəklər”.

Sonra Elm və təhsil İdarəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov çıxış edərək bu gün elm və təhsilin müasir səviyyədə inteqrasiyası məsələsinin aktual olduğunu vurğuladı. AMEA-da təhsil prosesinin təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən söz açaraq bu elmi qurumda təhsil alan magistrantların doktorantura təhsilinə cəlb edilməsinin vacibliyini önə çəkdi.

Sonra o, 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul, plan yerlərinə edilən dəyişikliklər, həmçinin tədris planının həyata keçirilməsi ilə bağlı tələblər haqqında məlumat verdi. Bildirdi ki, doktoranturaya sənəd qəbulu zamanı tədqiqatçının elmi və pedaqoji stajı, magistratura təhsili və digər məsələlər nəzərə alınmalıdır.

Sonda layihənin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.