AMEA əməkdaşları üçün "Akademiya şəhərciyi"ndə mağaza açılacaq
Okt 06 , 2017 | 06:00 /
Oxunma ( 2344 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Akademiya şəhərciyində" əməkdaşları üçün mağaza açmaq niyyətindədir. Bunu AMEA prezidenti Akif Əlizadə bildirib.

Son illər ərzində AMEA işçilərinin sosial problemlərinin həlli üçün bir sıra işlər aparıldığını deyən A.Əlizadə bildirib ki, mağazanın açılması akademiya əməkdaşlarının ərzaqla təminatı probleminin həllinə yardım edə bilər.

O qeyd edib ki, son illər ərzində Akademiyanın mənimsənilmiş əraziləri geri qaytarılıb. Həmin ərazilərin artıq səmərəli istifadə edildiyini deyən A.Əlizadə belə torpaqlarda bir sıra kənd təsərrüfatı məhsullarının əkildiyini, işçilərə həmin məhsulların paylanıldığını bildirib.

 
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.