Fotos
AMEA-nın 2 gənc alimi "2016-cı ilin gənc alimi" adına layiq görülüblər
Okt 17 , 2017 | 05:03 / Elmi müsabiqələr
Oxunma ( 179 )

Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının üzvü olan 2 nəfər gənc alim Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin gənc alimi” mükafat müsabiqəsinin qalibi olmuşdur. Onlar AMEA Radiasiya Problemləri İnstitutunun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Elçin Hüseynov və AMEA Naxçıvan Bölməsinin gənc mütəxəssisi Aliyə Rzayevadır. Onlar müvafiq olaraq riyaziyyat-fizika-texnika  və kimya elmləri üzrə bu yüksək mükafata layiq görülüblər.

Məlumat üçün qeyd edək ki, “İlin alimi” müsabiqəsi EİF tərəfindən ilk dəfədir keçirilir və 2016-cı ildə  uğurlu elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələr əldə etmiş, təsir əmsallı (impakt faktorlu) tanınmış bazalarda indeksləşən nüfuzlu jurnallarda və digər nəşrlərdə dərc olunmuş elmi məqalələri və əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənən alimlərə verilir. 
Ümumilikdə 8 alim "2016-cı ilin alimi", 4 nəfər isə "2016-cı ilin gənc alimi" müsabiqəsi üzrə qalib seçiliblər. Onlardan 6 nəfər AMEA əməkdaşlarıdır

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.