AMEA Gənc Alim və Mütəxəssislər Şurasın iclasında bir sıra mühüm məsələlər müzakirə olunacaq
Okt 25 , 2017 | 06:24 / Mühim hadisələr
Oxunma ( 129 )

Hörmətli Şura sədrləri,

27 oktyabr 2017-ci il tarixdə saat 15:00-da Nizami adına Ədəbiyyat İnstitutunun akt zalında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçiriləcək. İclasda bir sıra mühüm məsələlər (Şurada aparılacaq struktur dəyişikliklər, Azərbaycan gənc alimlərinin I Quryltayı, “Müasir elm gənclərin baxışı ilə” adlı elmi-praktik konfransa hazırlıq və sair) müzakirə olunacaq.

Şura sədrləri və müavinlərinin iclasda iştirakı mütləqdir.

Qeydiyyat 14:30-da aparılacaq.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.