AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri üzrə müsabiqə keçiriləcək
Noy 14 , 2017 | 01:48 / Elmi müsabiqələr
Oxunma ( 2382 )

AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat plan işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimullaşdırmaq məqsədilə müsabiqə keçiriləcək. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) bununla bağlı imzaladığı əmrə əsasən, 2017-ci ildə yerinə yetirilən tədqiqatlar üzrə müsabiqə keçirilməsi üçün müsabiqə qaydaları təsdiqlənib, habelə müvafiq müsabiqə komissiyası yaradılıb. Komissiyanın sədri institutun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva, üzvləri – iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev və iqtisad üzrə fəlsəfə doktoru Ramil Əliyevdir.

Qaydalara əsasən,  institutun şöbə müdirləri noyabrın 30-na kimi ümumi hesabatları, dekabrın 10-na kimi isə əməkdaşların yerinə yetirdikləri fərdi plan elmi-tədqiqat işlərini qiymətləndirərək müsabiqə komissiyasına təqdim etməlidirlər. Müsabiqənin qalibi olan şöbələrə və əməkdaşlara fəxri diplomlar və institutun büdcədənkənar vəsaitləri hesabına pul mükafatları veriləcək. Belə ki, şöbə hesabatları üzrə qaliblərə 1-ci yer (bir mukafat) – 1500 manat, 2-ci yer (iki mükafat)| - 1000 manat, 3-cü yer (uç mükafat) - 500 manat, fərdi hesabatlar üzrə isə 1-ci yer (bir mükafat)| - 600 manat, 2-ci yer (iki mükafat) - 400 manat, 3-cü yer (üç mükafat) - 200 manat mükafat nəzərdə tutulur.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.