Fotos
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun gənc tədqiqatçısı Türk Dilli Ölkələr Qurultayında iştirak edib
Noy 19 , 2017 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2365 )

13-16 noyabr 2017-ci il tarixində Türkiyə Cümhuriyyətinin Ankara şəhərində  Yeni Türkiyə Stratejik Araşdırma Mərkəzi və Türk Dil Qurumunun təşkilatçılığı ilə “Türk Dilli Ölkələr Qurultayı”ı keçirilib. Bu tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Aynurə Niyaz qızı Paşayeva iştirak edib. Gənc tədqiqatçı  “Ortaq türk dili məsələsi Azər­­baycan mətbuatında” mövzusunda məruzə etmiş və sertifikatla təltif olunmuşdur.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.