AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı İtaliyada elmi ezamiyyətdə olub
Noy 23 , 2017 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 1968 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov İtaliyada 3 günlük ezamiyyətdə olmuşdur. O, “Bərk buğdanın genomikası və seleksiyası” üzrə beynəlxalq ekspert qrupu tərəfindən İtaliyanın Bolonya şəhərində təşkil olunan “Buğda seleksiyasında Bioinformatika” adlı kurs və Beynəlxsalq ekspert qrupunun V illik iclasında  iştirak etmişdir. Sözügedən tədbirlərdə Azərbaycan, İtaliya, ABŞ, Böyük Britaniya, Almaniya, İrlandiya, Avstriya, Meksika, Türkiyə və s. ölkələrdən 75 nəfər mütəxəssis iştirak etmişdir.

Kurs zamanı buğda genomu üzrə aparılan tədqiqatlar, genom məlumatlarının bioinformatik analizi, kəmiyyət əlamətlərinin genetik və genom boyu asossiativ xəritələşdirilməsi və genom seleksiyası barədə dünyanın tanınmış alimləri tərəfindən mühazirələr oxunmuş və praktik məşğələlər keçirilmişdir. Ekspert qrupunun illik iclasında isə Bərk buğda genomunun oxunması üzrə görülən işlər nümayiş etdirilmiş və 2018-ci ilin iş planı müzakirə edilmişdir. Səfər zamanı iştirakçı ölkələrin alimləri ilə birgə tədqiqatların aparılması, “Bərk buğdanın genomikası və seleksiyası” üzrə beynəlxalq ekspert qrupu tərəfindən 2018-ci ildə aparılacaq tədqiqatlarda AMEA GEİ aktiv iştirak etməsi üçün danışıqlar aparılmışdır. M.Abbasov Ekspert qrupunun üzvü kimi həm də Azərbaycanda zəngin buğda genofondunun genom səviyyəsində tədqiqi üzrə aparılan tədqiqatlar, əldə edilmiş nəticələr və nəşrlər haqqında məlumat vermişdir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.