AMEA-da “YT Park Kuboku” uğrunda şahmat turniri keçiriləcək
Dek 19 , 2017 | 01:20 / İdman yarışları
Oxunma ( 490 )

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana olan diqqət və qayğısı sayəsində ölkədə bütün idman növləri inkişaf etməkdədir. Özəlliklə şahmata olan marağı xüsusi qeyd etmək olar. Azərbaycanda mötəbər şahmat yarışlarının keçirilməsi ənənə halını almışdır və bugün ölkəmiz beynəxalq şahmat yarışlarının təşkilatçılığı ilə bütün dünyada tanınır. Yuxarda qeyd olunanları nəzərə alaraq, AMEA YT Parkında “Şahmatçılar Cəmiyyəti”-nin yaradılması və 31 dekabr Dünya Azerbaycanlılarının Həmrəylik Günü münasibətilə 25-28 dekabr 2017 ci il tarixində saat 11:00-da MEK-in 4-cü mərtəbəsində “YT Park Kuboku” uğrunda şahmat turniri keçiriləcəkdir. AMEA YT Park olaraq Sizin rəhbərlik etdiyiniz şuranın şahmatçı nümayəndələrinin həmin tədbirdə iştirakını təmin etməyinizi xahiş edirik. Qeyd: Xahiş edirik, Şahmatçı nümayəndə haqqında məlumatları 20 dekabr 2017-ci il tarixinədək n.hasanli@ameaytp.az ünvanına göndərəsiniz.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.