Fotos
AMEA Neft Kimya Prosesləri İnstitutuda gənc alimlər daha çox idarəetməyə cəlb olunur
Dek 20 , 2017 | 09:03 / Mühim hadisələr
Oxunma ( 288 )

"Azərbaycan Milli Elmlər Akademiyası Neft Kimya Prosesləri İnstitutuda gənc alimlərin elmə maraqlarının artması sevindirici haldır". Bu fikirləri İnstitutun direktoru, akademik Vaqif Abbasov Elmi Şuranın növbəti iclasında bildirib. Onun sözlərinə görə, bu il institutunda çalışan əməkdaşlardan 8-i fəlsəfə doktoru və 4-ü elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün müdafiə etmiş əməkdaşlardan 5-i, elmlər doktoru adını almış 1 nəfər isə gəncdir. Bunun da nəticəsi olaraq Elmi Şuranın üzvləri keçirilən iclasda gənclərin vəzifə dərəcələrinin artırılmasına və Lalə Əfəndiyevanın (8 dekabr  2017-ci ildə “Neft kimyası” ixtisasında doktorluq dissertasiyası müdafiə edib.) 6 saylı laboratoriyaya, Gülbəniz Muxtarovanın (25 may 2017-ci ildə “Neft kimyası” ixtisasında doktorluq dissertasiyası müdafiə edib) isə 21 saylı laboratoriyaya müdir təyin edilmələrinə yekdilliklə səs verdilər.

Daha sonra isə İlhamə Zərbəliyevanın “Neft kimyası” ixtisasında kimya elmləri üzrə doktorluq dissertasiyasının müdafiəsi dinlənilib və işin əsas müdafiəyə təqdim edilməsinə müsbət səs verilib.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.