Fotos
AMEA Aşqarlar Kimyası İnstitutu gəncləri III qış festivalının qalibi olublar
Dek 22 , 2017 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 2055 )

21 dekabr 2017-ci ildə Bakı Mühəndislik Universitetində III Qış Elm Festivalı keçirilib. Ənənvi olaraq hər il keçirilən bu tədbirə ikinci dəfə qatılan Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun gənc alim və mütəxəssislər növbəti uğura imza atıblar. Belə ki, İnstitut gənclərindən Qəhrəmanova Könül, Nəsibova Gülşən, Rəfizadə Aytacın kimya nominasiyası üzrə "Nefti yeyən mikroorqanizmlər bizim dostumuz yoxsa düşmənimiz?" layihəsi I yerə, Osmanova Səbiyə, İsmayılova Günayın "Asetofenonun törəmələrinin yeni amidlərinin sintezi və tədqiqi" layihəsi II yerə layiq görülmüşdür. Gənclərin "Nefti yeyən mikroorqanizmlər bizim dostumuz yoxsa düşmənimiz?" layihəsi həmçinin "Festivalın ən yaxşı layihəsi" nominasiyası üzrə III yeri tutmuşdur.

Gənclər müsabiqənin diplom və sertifikatları ilə təltif ediliblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.