Fotos
Bakı Dövlət Universitetinin tələbələrin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi-təcrübə keçirlər
Mart 15 , 2018 | 08:38 / ELMİN TƏBLİĞİ
Oxunma ( 437 )

AMEA Kataliz və Qeyri –üzvi Kimya İnstitutu ilə Bakı Dövlət Universiteti arasındakı əməkdaşlıq müqaviləsinə əsasən Universitetin Kimya fakültəsinin IV kurs tələbələrindən 75-i  İnstitutda 4 ay müddətində mərhələlərlə elmi-təcrübi praktika keçəcəklər. İlkin mərhələdə azərbaycan və ingilis bölməsindən 30 tələbə laboratoriyalar üzrə iki-iki bölüşdürülərək hazırda institutda təcrübə keçirlər.

Tələbələrin ixtisas üzrə təcrübə keçmələrinin məqsədi ali məktəbdə aldıqları nəzəri biliklərin möhkəmləndirilməsi və dərinləşdirilməsi, yeni texnologiyalarla və elmi-tədqiqat üsulları ilə  tanış olaraq onları mənimsəməsindən, eyni zamanda, istedadlı tələbələrdə elmə maraq oyadaraq gələcəkdə İnstitutun magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb olunmasıdır.

Tələbələrin  institutda olduqları müddətdə laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olmaları və bu proseslərdə bilavasitə iştirakı üçün hər cür şərait yaradılmışdır. Bundan başqa tələbələr institutdakı müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olacaq və ölçmələrdə bilavasitə iştirak edəcəklər və bununla da onlarda elmi-tədqiqat  işlərini  sərbəst şəkildə yerinə yetirilmə vərdişlərinin formalaşdırılmasının    əsası qoyulacaqdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.