Fotos
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda məktəbli şagirdlər üçün “Açıq qapı” günü keçirilib
Apr 05 , 2018 | 04:08 / Mühim hadisələr
Oxunma ( 110 )

 05 aprel 2018-ci ildə AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda  Bakı şəhəri Qaradağ rayonu Yusif Əliyev adına 195 saylı orta məktəbin   şagirdləri üçün “Açıq qapı” günü keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutunun direktoru, akademik Dilqəm Tağıyev məktəbliləri İnstitutunda görməyə məmnun olduğunu bildirərək qeyd etdi ki, bu görüş 2016-cı ilin aprel döyüşlərinin ikinci ildönümü ilə eyni vaxta təsadüf edir. Həmin döyüşlərdə həlak olanların ruhu bir dəqiqəlik sükutla anıldı. Akadfemik bildirdi ki, bu döyüşlərdə Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır.

Daha sonra akademik Dilqəm Tağıyev  ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını bildirdi , bu istiqamətdə Akademiyada mühüm işlərin görüldüyünü vürğuladı. Akademik qeyd etdi ki, son illər institutda   belə tədbirlər  davamlı olaraq keçirilir və bu işlərin ərsəyə gəlməsində  Gənc Alim və Mütəxəssislər Şurası xüsusi fəallıq göstərir. Akademik Dilqəm Tağıyev bildirdi ki, bu cür tədbirlərin keçirilməsində məqsədin şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır. Akademik  institutun  yaranma  tarixi və burada çalışmış  görkəmli kimyaçı alimlər haqqında məktəbli şagirdlərə məlumat verdi.

Sonra institutun  elmi işçisi Sevinc Osmanova  “Zülallar, aminturşuları və onların təbiətdə rolu” mövzusunda məruzə ilə çıxış etdi. Mövzu şagirdlərdə böyük maraq doğurdu və geniş müzakirəyə səbəb oldu. Akademik Dilqəm Tağıyev və məruzəçi Sevinc Osmanova   şagird,  müəllim və zalda zalda əyləşmiş gənc alimlərin çoxsaylı suallarına cavab verdilər.  

Tədbir çərçivəsində şagirdlər üçün kimya fənni üzrə viktorina keçirildi və qaliblər tərifnamə ilə təltif olundular.

Həmçinin şagirdlərin müxtəlif laboratoriyalara ekskursiyaları təşkil olundu və  onlar üçün “Analitik kimya ”  laboratoriyasında bir sıra maraqlı elmi təcrübələr əyani olaraq göstərildi .

Sonda xatirə şəkli çəkildi və şagirdlər   institutdan yüksək əhval-ruhiyyə ilə ayrıldılar.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.