2017-ci ildə Web of Science indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında ikinci yerə yüksəlib
Apr 30 , 2018 | 02:21 /
Oxunma ( 622 )

Azərbaycan 2017-ci ildə Web of Science™ bazasına daxil olan nəşrlərin bugünə olan məlumata əsasən, Web of Science elmi bazasında 2017-ci ildə Azərbaycan üzrə 1118 elmi tədqiqat işi qeydə alınmışdır. Bu haqda məlumat verən AR Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehovun sözlərinə görə, bu son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi hesab olunur.
Onun sözlərinə görə, Azərbaycan Republikasında elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan Web of Science-ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsularlıq nəzərəçarpacaq dərəcədə artmış və elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlmişdir.
2017-ci ildə Web of Science indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında ikinci yerə yüksəlmiş, nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə isə regionda birinci yerə çıxmışdır. 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.