Geoloq alim Beynəlxalq Elmlər Akademiyasının M.V.Lomonosov adına medalına layiq görülüb
Sen 11 , 2018 | 11:00 / Elmi müsabiqələr
Oxunma ( 25 )

AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Fuad Hacızadə Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə Beynəlxalq Elmlər Akademiyasının M.V.Lomonosov adına medalına layiq görülüb.

Alim ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi, habelə kosmik tədqiqatlar sahəsində apardığı səmərəli araşdırmalarına görə bu mükafatla təltif olunub.

Professor F.Hacızadə elm sahəsində bir sıra önəmli ictimai vəzifələr daşımaqla yanaşı, “AZƏRSPEYS” peykinin hazırlanması, orbitə buraxılması, orbital mövqenin və tezliklərin əldə olunması üzrə ilk İşçi Qrupun üzvü kimi fəaliyyət göstərib.

Qeyd edək ki, M.V.Lomonosov adına medal ekologiya və təhlükəsizlik üzrə elmə töhfə verən alim və mütəxəssislərə verilir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.