Fotos
AMEA-da II Spartakiada start götürüb
Okt 01 , 2018 | 04:00 / İdman yarışları
Oxunma ( 106 )

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə II Spartakiadanın açılış mərasimi keçirilib.

Akademiya şəhərciyində baş tutan tədbirdə AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev, Fizika İnstitutunun Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və institutların həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbiri H.Qurbanov açaraq Spartakiadanın bu il ikinci dəfə təşkil olunduğunu, futbol, dama, şahmat və stolüstü tennis oyunlarını əhatə etdiyini söyləyib. O, gələcəkdə voleybol və basketbol yarışlarının da keçirilməsinin nəzərdə tutulduğunu bildirib. H.Qurbanov yarışların respublika və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunacağını diqqətə çatdırıb.

Daha sonra çıxış edən II Spartakiadanın Təşkilat Komitəsinin sədri Sitarə Bağırova turnirdə AMEA-nın 20 elmi müəssisə və təşkilatının təmsil olunduğunu deyib. O, şahmat, dama və stolüstü tennis yarışlarının Fizika İnstitutunda keçiriləcəyini söyləyib.

Açılış mərasimindən sonra II Spartakiadanın futbol yarışlarına start verilib. İlk olaraq Geologiya və Geofizika (GGİ) və Neft-Kimya Prosesləri institutlarının komandaları qarşılaşıb. GGİ-nin komandası rəqibini 11:1 hesabı ilə məğlub edib.

AMEA Rəyasət Heyəti isə Radiasiya Problemləri İnstitutunun komandasından 6:2 hesabı ilə üstün olub. İnformasiya Texnologiyaları İnstitutunun komandası İqtisadiyyat İnstitutu ilə oyuna çıxmadığı üçün 0:5 hesabı ilə texniki məğlub elan edilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.