Fotos
AMEA Geologiya və Geofizika İnstitutunda gənclərin elmi seminarında doktorantlar məruzə ediblər
Okt 08 , 2018 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2257 )

 

5 oktyabr 2018-ci il tarixində AMEA Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən “Gənc alim və mütəxəssislərin elmi seminarı” çərçivəsində rəhbərlik tərəfindən təsdiq olunmuş illik plana uyğun olaraq növbəti elmi seminar keçirilib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrliyi ilə keçirilən ənənəvi seminarda İnstitutun “Mineralogiya və geokimya sektoru”nun mühəndisi, III kurs doktorantı Kənan Abbasovun və “Müasir geodinamika və kosmik geodeziya şöbəsi”nin elmi işçisi III kurs doktorantı Günel Sadıqovanın dissertasiya mövzuları ilə əlaqədar apardıqları elmi-tədqiqat işlərinin yeni nəticələri müzakirə olunub.

İlk öncə, məruzə edən Kənan Abbasovun mövzusu “Üst yura-alt təbaşir yaşlı Gədəbəy qrupu intruzivlərinin petroloji xüsusiyyətlərinin öyrənilməsində Fe-Ti oksidi minerallarının rolu”na, Günel Sadıqovanın tədqiqat mövzusu “Xəzər dənizinin qərb sahili boyu yer qabığının dərinlik quruluşu və müasir geodinamik xarakteristikası”na həsr olunmuşdur. Hər iki gənc tədqiqatçı araşdırmalarının aktuallığı, tədqiqatların əsas məsələlərilə bağlı müzakirələr və alınan yeni elmi nəticələr haqqında seminar üzvlərini məlumatlandırıblar. Sonda tədqiqatlarla əlaqəli suallar məruzəçilər tərəfindən cavablandırılmışdır.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.