Fotos
Azərbaycanlı alimlər Anakarada keçirilən “18-ci Türk Tarix Konqresi”ndə iştirak ediblər
Okt 13 , 2018 | 09:18 / Mühüm hadisələr
Oxunma ( 2227 )

Atatürk Kültür, Dil və Tarix Yüksək Kurumunun nəzdindəki Türk Tarix Kurumu tərəfindən 1-5 oktyabr 2018-ci il tarixində Anakarada “18-ci Türk Tarix Konqresi” keçirilmişdir. Ümumilikdən 800-dən artıq iştirakçının qatıldığı konqresdə Azərbaycandan 60-a yaxın alim və tədqiqatçılar müxtəlif mövzularla məruzələrlə çıxış etdilər.

Məruzəçilərdən biri də AMEA Əlyazmalara İnstitutunun doktorantı, AMEA MEK-in əməkdaşı Təranə Rüstəmova olmuşdur. Onun məruzəsi “Arap kaynaklarında Azerbaycan petrolü hakkında bilgiler” adlanırdı. Məruzədə T.Rüstəmova bildirmişdir ki, Azərbaycan neft tarixinin antik və orta əsrlər dönəminin mənbələri haqqında ərəb qaynaqları üstünlük təşkil edir. Bu qaynaqlar təkcə tarixi deyil, eyni zamanda etnoqrafik, coğrafi, siyasi və iqtisadi gerçəklərdir. Rüstəmova həmçinin xüsusilə vurğulamışdır ki, apardığı araşdırmalar nəticəsində Azərbaycandakı ilk neft qaynaqları haqqında məlumatlar ərəb coğrafiyaçılarının əsərlərində daha  dəqiq və geniş verilmişdir.

Sonda T.Rüstəmova Konqresin sertifikatı ilə təltif olunmuşdur.

Konqres çərçivəsində eyni zamanda Türk tarixinin çeşidli dönəmləri ilə iqtisadiyyat tarixi, elm və texnologiya tarixi, kültür və mədəniyyətlər tarixi kimi 22 fərqli mövzuda oturumun gerçəkləşdirildiyi, 750-dən artıq məruzə təqdim edilməklə yanaşı, çox sayda sərgiyə də təşkil olunmuşdu. Türk Tarix Kurumunun hazırladığı və Atatürk, Hala Sultan, Bacıyan-ı Rum, Hacı Bayram-ı Veli, Kudüs mövzularında önəmli bəlgə və görsəllərin sərgiləndiyi 10 tematik sərginin, həmçinin Dövlət  Arxivləri Başkanlığı tərəfindən hazırlanan “Belgelerle ermeniler tarafından yapılan katliamlar” sərgisi də konqres boyunca ziyarar edildi. Türk Tarix Kurumu Arxivindən Semiha Nurdan tərəfindən hazırlanan, doç.dr. Sıddık Çalıkın xatirə kolleksiyasından 75 ədəd xəritənin göstərildiyi “Haritalarla Tarihe Yolculuk” sərgisi ilə Semih Karabillioğlu tərəfindən isə hazırlanan “Engelsiz Tarih” sərgisi də ziyarətə açıldı.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.