Fotos
AMEA Fəlsəfə İnstitutunda “11 oktyabr Beynəlxalq Qızlar Günü” münasibəti ilə dəyirmi masa keçirilib
Okt 16 , 2018 | 04:00 / Mühim hadisələr
Oxunma ( 70 )

15 oktyabr 2018-ci il tarixində Fəlsəfə İnstitutu Gənc alim və mütəxəssislər şurası “11 oktyabr Beynəlxalq Qızlar Günü” münasibəti ilə dəyirmi masa keçirmişdir. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, f.ü.e.d., dosent Eynulla Mədətli açaraq qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirildiyini, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və digər sahələrdə geniş təmsil olunduqlarını qeyd etdi. O, çıxışında Azərbaycan qadınlarının ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdiklərini, onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin olduqlarını bildirdi.

Sonra çıxış üçün söz Fəlsəfə İnstitutu GAMŞ-ın sədri Tünzalə Musayevaya verildi. T.Musayeva öz çıxışında bu günün yaranmasından danışdı. Bu günün keçirilməsində əsas məqsədin diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltmək olduğunu bildirdi.

Sonda isə əməkdar elm xadimi, f.ü.f.e.d Rəfiqə Əzimova, f.ü.f.e.d Afaq Rüstəmova, f.ü.e.d Ziba Ağayeva, əməkdar mədəniyyət işçisi Almaz Məlikova və GAMŞ-ın üzvləri öz çıxışları ilə mövzu ətrafında müzakirələr apardılar.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.