Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda “kompüter kimyası” ilə bağlı elmi seminar keçirilib
Okt 26 , 2018 | 01:16 / Mühim hadisələr
Oxunma ( 77 )

Dünən  Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda bu elmi müəssisənin gənc mütəxəssislərinin ABŞ-nın Buffalo Universiteti Komputer Araşdırmalar Mərkəzi ilə birgə əməkdaşlığı ilə yerinə yetirilən müştərək beynəlxalq səviyyəli tədqiqatların nəticələrinə həsr olunan seminar keçirildi.

Tədbiri giriş nitqi ilə açan AKİ-nin elmi işlər üzrə direktor müavini, professor Mirzə Mövsümzadə bu dəfəki elmi seminarın kimyanın müasir və olduqca aktula məsələsinə - Kompüter hesablamaları ilə üçkomponetli kimyəvi reaksiyaların nəzəri və təcrübi mexanizminin tədqiqinə həsr olunduğunu və aparılan araşdırmalar nəticəsində mühüm nətəicələr əldə olunduğunu vurğuladı.

Sonra ilk məruzəni təqdim edən AKİ-nin “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdir vəzifəsini icra edən, dosent Əfsun Sucayev rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən təcrübi olaraq aparılan reaksiyalar, əldə olunan yeni maddələrin fiziki-kimyəvi xarakteristikası və funksional xassələri haqqında məlumat verdi. O, bildirdi ki, son illər dünya tədqiqatçıları tərəfindən çoxkomponentli kondensləşmə yolu ilə heterotsikilləşmə reaksiyalarına maraq daha da artıb. Çünki bu üsulla alınan əksər maddələr tibbin, kəndə təsrrüfan, neft-kimya sənayesinin müxtəlif sahələrində özünə geniş tətbiq tapması ilə əlaqədardır. Ə.Sucayev son 4-5 ildə bu istiqamətdə rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən geniş tədqiqatlar aparıldığını və dünya ədəbiyyatında rast gəlinməyən yeni maddələr alındığın və onların fizioloji fəallığa malik birləşmələr kimi də funksional xassələrinin araşdırıldığını və mühüm nəticələr əldə edildiyini qeyd etdi.

Ə.Sucayev bildirdi ki, çoxkomponentli kondensləşmə reaksiyalarında ən azı 3-4 komponentin bir mərhələdə qarşılıqlı təsiri baş verdiyi üçün bu tip reaksiyaların ehtimal olunan mexanizmi ilə bağlı elmi mübahisələr yaranır. Bunu isə kompüter, kvant kimyəvi hesablamaları ilə həmin kimyəvi reaksiyaların təcrübi-nəzəri mexanizmini tədqiq etməklə həll etmək mümkündür: “Bu zərurətdən çıxış edərək, ABŞ Emori və Buffalo Universiteti Komputer Araşdırmalar mərkəzlərində kompüter-kimyəvi hesablamalar üzrə Azərbaycandan hələki yeganə ixtisaslaşmış mütəxəssis AMEA Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, dosent Yusif Abdullayevlə bu istiqamətdə birgə tədqiqatlar aparmağı məqsəduyğun saydıq və mühüm nəticələr əldə edə bildik”.

Məruzəçi əlavə etdi ki, bu reaksiyalarla alınan maddələrin paralel olaraq farmakoloji təsirlərini Türkiyə Atatürk Universitetində öyrənilmiş və onların antidiabetik və antixolinergik təsirlərə malik olduğu müəyyənlədirilmişdir: “Alınan mühüm nəticələrlə bağlı tanınmış “Elsever” nəşriyyatına daxil olan yüksək impakt faktorlu “Pharmocological reports” dərgisində məqalə şəklində çap olunacaq”.

Sonra çıxış edən Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi kafedrasının müdiri, AMEA Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, dosent Yusif Abdullayev təxminən 6 ay müddətində bu istiqamətdə təcrübi nəticələrə uyğun olaraq nəzəri araşdırmalar aparıldığını – reaksiyaların mexanizmi, katalizator seçimi, katalitik təsir, alınan maddənin konkret hansı izomer formasında olması ilə bağlı əhəmiyyətli nəticələr əldə olunduğunu diqqətə çatdırdı. Y.Abdullayev bildirdi ki, bu əsasən kompüter klasterlərinə bir çox proqramların yüklənilməsi və prosessorları paralel işlətməklə normal kompüterlərdə uzun zaman, illərlə, ala biləcək əməliyyatları qəbul olunan dərəcədə qısa zaman kəsiyində həyata keçirməyin mümkünlüyünə əsaslanır. O, əlavə etdi ki, bu əməliyyatlarda istifadə edilən proqram "Gaussian" adlanır: “İnternet vasitəsiylə mərkəzin klasterində istifadəçi adları verilir və dünyanın hər hansı bir yerindən tədqiqatçılar öz sahələri ilə bağlı sistemə əmrlər göndərə bilər və əməliyyatların nəticəsini əldə edə bilirlər. Bu klasterlər bir çox əməliyyatlar etmə imkanına malikdir. Məsələn, kimyəvi reaksiyalarda komponentlərin minimum enerjisini hesablamaqla gedişatın mümkünlüyü ilə bağlı fikir yürütmək imkanı yaradır. Bu da proseslərin təcrübi olaraq yoxlanması zərurətini ortadan qaldıraraq, tədqiqatın iqtisadi baxımdan səmərəliliyini artırır. Belə proqramlar vasitəsiylə kimya, fizika, biofizika, farmakologiya və digər sahələrdə  kompleks biomolekulların quruluş – funksiya əlaqələrini tədqiq etmək mümkün olur”.

Hər iki məruzə ətrafında sual-cavabla geniş fikir mübadiləsi aparıldı.

Çıxış edənlər - İnstitutun elmi işlər üzrə direktor müavini, professor M.Mövsümzadə, elmi katib, k.ü.f.d. M.Səfərova, baş elmi işçilər -  k.ü.f.d. Ş.Əliyev, k.ü.f.d. O.Nəbiyev tədqiqatın əhəmiyyətini yüksək qiymətləndirərək bu sahədə araşdırmaların genişləndirilməsinin vacibliyini vurğuladılar.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.