“Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçiriləcək
Okt 29 , 2018 | 12:21 / Mühim hadisələr
Oxunma ( 317 )

10-12 dekabr 2018-ci il tarixlərində Bakıda “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçiriləcək.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı, "Gənclər Turizmi" İctimai Birliyinin elmi-texniki dəstəyi ilə baş tutacaq.

Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimləri, tədqiqatçıları bir araya gətirmək, təcrübələrini bölüşmək, həmçinin bu sahədə çalışan gənc mütəxəssislərin yeni ideya və elmi nəticələrinin paylaşılması və müzakirə olunması üçün uyğun platforma təqdim etməkdir.

Konfransın əsas mövzuları aşağıdakılardır:

- Sağlamlıq turizmi qeyri-neft sektorunun inkişafında aparıcı istiqamət kimi;

- Səhiyyə turizmi üçün innovativ yanaşmalar;

- Dünyanın tibbi və sağlamlıq turizmi, sağlamlıq və müalicə turizmində yeni tendensiyalar;

- Sağlamlıq turizmində xəstəxana və mərkəzlərin rolu;

- Beynəlxalq səhiyyə akkreditasiyası;

- Tibbi və sağlamlıq turizmi üçün təyinatlar;

- Sağlamlıq turizmində marketinq strategiyaları: Uğur hekayələri;

- Sağlamlıq və müalicə turizmində insan resurslarının problemləri və imkanları;

- Qonaqpərvərlik sənayesində sağlamlıq və müalicə turizminin əhəmiyyəti.

Məqalələrin qəbulu üçün son tarix: 5 noyabr 2018-ci il 

Əlaqə nömrəsi: (+994 50) 311 24 84

Email: ulviya.gahramanli@gmail.com, office@youthtourism.az

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.