Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunun gənc aliminin adı dünyada 2 elmi əsəri yüksək istinad almış alimlərin siyahısına salınıb
Dek 05 , 2018 | 09:46 /
Oxunma ( 150 )

AMEA Aşqarlar Kimyası İnstitutunun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev “Clarivate Analytics” ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq görülüb. O, bu yüksək mükafatı “Web of Science”də “yüksək istinad almış” 2  məqalənin müəllifi nominasiyasına görə qazanıb (http://sdf.gov.az/az/generic/news/Detail/392/31).

Məlumat üçün bildirək ki, bu günlərdə Clarivate Analytics (Thomson Reuters) şirkəti 2018-ci ildə ən çox istinad olunan alimlərin (Highly Cited Researchers) reytinq cədvəlini dərc edib. Clarivate Analytics —elmmetrik analiz üzrə dünya lideridir. Şirkət beşinci dəfədir ki, Web of Science məlumatlar bazasına əsaslanaraq ən nüfuzlu alimlərin siyahısını dərc edir.

Öz sahəsində ötən ildə ən çox istinad olunan alimlərin 1%-i bu siyahıya daxil edilir. Bu il təbiət və humanitar elmlərin 21 sahəsində çalışan 4058 alim reytinqə daxil olub. Nüfuzlu alimləarin sayına görə ABŞ liderdir. Reytinqə düşən ABŞ alimlərinin sayı 2639 nəfərdir. ABŞ-dan sonra Böyük Britaniya (546) və Çin (482) yüksək nəticələr göstəriblər. Ən yaxşı nəticələr göstərən təşkilat isə Harvard universitetidir. Qürurverici haldır ki, Ə.Sucayev də 2 məqaləsi dünyada ən çox istinad olunan 1% alimlərin sırasındadır.

Bu münasibətlə dekabrın 5-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və “Clarivate Analytics” ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbirdə gənc alim Ə.Sucayevə diplomu “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss təqdim edib.

Həmin mərasimə AR Təhsil naziri Ceyhun Bayramov, Elmin İnkişaf Fondunun prezidenti Elçin Babayev, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, ali məktəb rektorları, institut direktorları və digər qonaqlar qatılıb. Tədbirdə digər nominasiyalar üzrə mükafatlandırma keçirilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.