Yan 11 , 2019 | 04:05 / Mühüm hadisələr
Yanvarın 10-u AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının 2019-cu ildə ilk iclası keçirilib. Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunu direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev və şuranın üzvlər iştirak edib.Əlövsət Quliyev gənc alimlərə böyük diqqət göstərildiyini qeyd edib. O, gənclərin elmi fəaliyyətlərinin gücləndirilməsi, elmin təbliğində gənclərinin fəal iştirakı, prespektivlərinin artırılması, xarici dillərin mənimsənilməsi kimi məsələləri xüsusilə vurğulayıb. Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev isə gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətində dəyişikliklər edilib. Həmçinin iclasda şuranın 2019-cu il üçün illik fərdi planı və il ərzində təşkil olunacaq açıq qapı günləri,elmi seminarlar, konfrans və elmi praktiki tədbirlər müzakirə edilib.