Fotos
AMEA Gənc alim və mütəxəssislər şurası Aşqarlar Kimyası İnstitutunda gənc alimlərlə görüş keçirib
Mart 14 , 2014 | 03:00 / Monitorinq
Oxunma ( 690 )

AMEA Gənc alim və mütəxəssislər şurası (GAMŞ) üzvlərinin gənc alimlərlə növbəti görüşü Aşqarlar Kimyası İnstitutundabaş tutub. Məqsəd institutda çalışan gənc alim və mütəxəssislərin fəaliyyəti, onlara yaradılmış şəraitlə yaxından tanış olmaq, mövcud problemlərinin həlli istiqamətində müzakirələr aparmaq idi.

Görüşdə şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov müasir dövrün aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin ölkədə uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd edib. Şura sədri gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinin əhəmiyyətini qeyd edib. Şuranın qəbul etdiyi təkliflərin reallaşdırılmasının gənclərin elmi, intellektual inkişafında mühüm rol oynayacağını söyləyən F.Salmanov rəhbərlik etdiyi Şuranın gənc alimləri öz ətrafında toplayaraq elm sahəsində mühüm nailiyyətlərin əldə edilməsinə öz töhfələrini verəcəyinə əminliyini vurğulayıb.

Şuranın monitorinq qrupunun rəhbəri, institutun Gənc alim və mütəxəssislər şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev elmi müəssisədə 35-ə yaxın gənc kadrın fəaliyyət göstərdiyini, institutun gənc alimlərinin yüksək elmi potensiala malik olduğunu, mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etdiklərini bildirib. O, institutda gənclərin fəaliyyətinin stimullaşdırılması istiqamətində müxtəlif müsabiqələrin təşkil edildiyini, institut tərəfindən gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib.

GAMŞ-ın baş mütəxəssisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov, sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva Şuranın Azərbaycan elminin tərəqqisinə, eləcə də kreativ layihələrin reallaşdırılmasına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə institutun gənc mütəxəssislərinin fəaliyyəti üçün mövcud şəraitin yaradılması, müasir informasiya texnologiyaları ilə təchizatın təmini, Şura sədrinin institutun Elmi Şurasında təmsil olunması və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Kimya üzrə fəlsəfə doktoru Rövşən Nəzərov, institutun doktorantları Nəzər NəzərovAysel RəhimovaŞəhanə Əzimova, institutun əməkdaşı Kənan Yusifzadə müzakirələrdə iştirak ediblər. Gənclərin sualları cavablandırılıb, təklif və tövsiyələr irəli sürülüb.

Daha sonra Şuranın üzvləri institutun direktoru, akademik Vaqif Fərzəliyev ilə görüşüblər. V.Fərzəliyev Gənc alim və mütəxəssislər şurasının elmi nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Sonda Şura üzvləri institutun müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.