Fotos
Gənc mütəxəssislərə müasir fiziki-kimyəvi analiz üsulları öyrədilir
İyn 23 , 2015 | 01:00 / Mühim hadisələr
Oxunma ( 2289 )

16 iyun 2015-ci il tarixindən AMEA akademik  M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda hər həftənin 2-ci günləri “Fiziki tədqiqat üsullarından” –Elektron paramaqnit rezonansı, İnfraqırmızı spektroskopiya, Ultrabənövşəyi spektroskopiya, Nüvə maqnit rezonansı, Rentgenoqrqfik analizdən mühazirə və seminarlar təşkil olunur. Mühazirələrin keçirilməsində məqsəd gənc alim, doktorant və mütəxəssislərin fiziki tədqiqat üsullarının nəzəri əsaslarının daha yaxşı mənimsənilməsi və bu biliklərin praktik olaraq istifadəsini təmin etməkdən ibarətdir.

Mühazirə və praktiki məşgələlər İnstitutun bu sahədə ixtisaslaşmış mütəxəssisləri olan AMEA-nın müxbir üzvi Əjdər Məcidov, kimya üzrə fəlsəfə doktorları Vaqif Qasımov və Mirheydər Abbasov tərəfindən aparılır.

Qeyd etmək lazımdır ki, mühazirə və seminarlara AMEA Kimya Elmləri Bölməsinə daxil olan digər insitutlardan da gənc mütəxəssislər dəvət olunublar. Mühazirə və seminarların mütəmadi olaraq ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.