Fotos
Gənc fizioloqların elmi seminarı davam edir
İyl 03 , 2015 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2618 )

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyət planına müvafiq olaraq 02.07.2015 tarixində "Gənc fizioloq" Elmi Seminarının növbəti iclası keçirilmişdir. İclasda 2 gənc fizioloqun məruzəsi dinlənilmişdir: 
1. "Funksional sitokimya" laboratoriyasının kiçik elmi işçisi Vəfa Yunusovanın "Исследование морфологических показателей крови на фоне недостаточности витаминов в составе пищи" mövzusunda məruzəsi; 
2. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fiziologiya” kafedrasının dissertantı, baş müəllim Vüsalə Həsənovanın “Sinir toxumasında metabolizm proseslərinə etanolun təsiri” mövzusunda məruzəsi.
Seminarda İnstitut gənclərinin digər elmi-tədris müəssisələrində çalışan fizioloqlarla əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi, elmi diskussiyaların birgə təşkili və sair mövzularda fikir mübadiləsi aparılmışdır.

 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.