Fotos
Gənc alimlərimiz İspaniyada "Astronomiya və kosmik elmlərin Avropa həftəliyi"nə qatılıblar
İyl 06 , 2015 | 08:00 / Mühim hadisələr
Oxunma ( 1047 )

      AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları - fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova  və doktorant Günel Bahəddinova 22-26 iyun 2015 ci il tarixlərində EWASS –ın İspaniyada (Tenerife) təşkil etdiyi  "Astronomiya və kosmik elmlərin Avropa həftəliyi" ("European Week of Astronomy and Space Science”) adlı konfransda iştirak ediblər. Bu möhtəbər tədbir La-Laquna Universitetində baş tutub.
     Konfrans çərçivəsində 11 simpozium və 23 xüsusi sessiya hazırlanıb. Gənc alimlərimiz “S9- First Science From Gaia - the Gaia Research for European Astronomy Training (GREAT)” simpoziumunun işində yaxından iştirak edərək, məruzələrlə çıxış ediblər. Həmçinin onlar konfrans təşkilatçıların təşkil etdiyi “Del Teide” Rəsədxanasına və “Cosmos” muzeyinə ekskursiyalara da qatılıblar. Gənc mütəxəssislər konfrans iştirakçısı olan digər ölkələrdən olan həmkarları ilə gələcəkdə əməkdaşlıq perspektivlərini müzakirə etməklə, apara biləcəkləri müştərək tədqiqatlarla bağlı fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.