Fotos
AMEA Dendrologiya İnstitutunun doktorantı Gənc Alimlərin III Beynəlxalq Botanika Konfransında iştirak edib
Okt 20 , 2015 | 02:09 / Mühüm hadisələr
Oxunma ( 2894 )

Rusiyanın Sankt-Peterburq şəhərində 4-9 oktyabr 2015-ci il tarixində III (XI) Beynəlxalq Gənc Alimlərin Botanika Konfrası keçirilib. Bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun elmi işçisi və doktorantı Elnara Salahova  iştirak edib. Gənc doktorant "Yuliana zirincinin (Berberis Julianae) Abşeron şəraitinə introduksiyası" mövzusunda məruzə ilə çıxış edib, sertifikata layiq görülüb.

Rusiya Elmlər Akademiyasının Komarov adına Botanika İnstitutu, Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurası və Rusiya Botaniklər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan konfransda bir çox ölkələrin gənc alimləri iştirak edib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.