Elmin İnkişafı Fondu təqdimat keçirəcək
Mart 30 , 2016 | 12:51 / Elmi nəşrlər
Oxunma ( 3093 )

Martın 31-də saat 16:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-Cİ “Şuşa Qrantı” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində nəşr olunmuş “Ermənistanın Azərbaycana təcavüzü” (müəllif: Elçin Əhmədov) adlı 3 cildlik kitabın və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının (müəllif: Musa Qasımlı) təqdimat mərasimi keçiriləcək.Tədbirdə dövlət və hökumət strukturları, akademik və təhsil qurumları, ictimai birlik və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.Tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi təşkilati dəstək göstərir. Ünvan: Bakı şəhəri, Dənizkənarı Milli Park, Neftçilər prospekti 9,.Əlaqə nömrəsi: (+994 12) 489 08 94

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.